EN

Kaliforniyada neft zavodunda partlayış baş verib, xəsarət alanlar var- VİDEO

Kaliforniya ştatının Martinez şəhərində neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər xəsarət alıb.

Bu barədə “The Mercury News” qəzeti məlumat yayıb.

Partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızmasının səbəb olduğu bildirilir.

Zavodun 3 əməkdaşı yüngül xəsarət alıb, bütün işçilər təxliyə edilib.


Chosen
11
11
news365.az

9Sources