EN

"Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq - Premyer Liqa

"Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.   Manset.az Report-a istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq. Matç saat 19:00-da start götürəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan "Zirə" üçüncüdür. Misli Premyer Liqası III dövrə, XXI tur 2 fevral 19:00. “Zirə” – “Qarabağ” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev VAR: Rauf Cabbarov AVAR: Pərvin Talıbov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Kifayət Mustafayeva Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Səbail"ə 1:1, "Sumqayıt" isə "Araz-Naxçıvan"la 0:0 hesabı ilə bərabərə qalıb.

Chosen
2
13
manset.az

10Sources