EN

Mask xərclərə nəzarət etmək üçün ABŞ Ödəniş Sisteminə giriş əldə edib

ABŞ-nin maliyyə naziri Skott Bessent İlon Maskın komandasına hökumət xərclərini izləmək və məhdudlaşdırmaq üçün federal ödəniş sisteminə giriş imkanı verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə şənbə günü “New York Times“ öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Maskın başçılıq etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşları ildə 5 trilyon dollardan çox məbləğdə ödənişlər haqqında məlumatları emal edən sistemə giriş əldə ediblər.

DOGE artıq digər agentliklərin məlumatlarına çıxış tələb edir, lakin Xəzinədarlığın ödənişlərinə nəzarət əsas vasitədir.

Chosen
4
2
nocomment.az

3Sources