![](https://azvision.az/photos/2025/02/lesr-4-8692413270.jpg)
Təyyarədə 4 nəfər ekipaj üzvü, azyaşlı pasiyent və müşayiət edən şəxs olub. Onların hamısı həlak olublar. Yerdəki insanlardan isə 1 nəfər ölüb, 19 nəfər yaralanıb.
![](https://azvision.az/photos/2025/02/lesr-4-8692413270.jpg)
“Bu hadisənin baş verməsi çox kədərlidir. Həlak olan günahsız insanların sayı bir az da artdı”, deyə qəzaya reaksiya verən ABŞ prezidenti Donald Tramp “Truth Social” şəbəkəsindəki hesabında yazıb.
![](https://azvision.az/photos/2025/02/lear-5215447962.jpg)
İlkin ehtimala görə, tibbi yardım təyyarəsindəki oksigen balonu partlamış ola bilər.
![](https://azvision.az/photos/2025/02/lear-6-3476965308.jpg)
Yada salaq ki, 3 gün əvvəl ABŞ-da daha birdəhşətli aviasiya qəzası baş vermişdi.
Samir Quliyev