EN

Aynişan Quliyeva şəhərin mərkəzində özünə ev aldı - VİDEO

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva özünə yeni ev alıb. 

Yenisabah.az xəbər verir ki, o, sevincli xəbəri 1,4 milyon izləyicisi olan “İnstagram” hesabında paylaşaraq 2023-cü illən bəri bu anı gözlədiyini, pul yığdığını bildirib.

33 yaşlı influenser şəhərin mərkəzində yerləşən yeni evinin videosunu yayımlayaraq hisslərini belə ifadə edib:

“Nəhayət, illərin arzusu gerçəyə çevrildi… Xəyallarını qurduğum evi aldım. Bu yol asan olmadı, amma hər anına dəyərdi. İndi isə ən gözəl hissəsi başlayır – onu gerçək bir yuvaya çevirmək. Allah arzusunda olan hər kəsə qismət etsin”.

O, bundan sonra evinin təmiri üçün çalışacağını qeyd edib.

İzləyicilərinin çoxu paylaşımın şərh bölməsində onu təbrik edərək, uğurlarının davamını arzulayıb. Aynişan illərdir ev sahibi olmağın xəyalını qurduğunu, bu məqsədə çatmaq üçün xərclərini azaltdığını bildirib. O, videoda iş həyatında uğurlu işbirliklərinin ard-arda gəldiyini və bunun sayəsində istədiyi məbləği yığa bildiyini qeyd edib.

Əsmətxanım


Telegram kanalımız
Chosen
24
yenisabah.az

1Sources