EN

Alvaro Morata "Qalatasaray"da - Rəsmi

style='margin-bottom:10px;'>

"Qalatasaray"  "Milan"dan Alvaro Moratanın keçidini açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniyalı hücumçu mövsümün sonuna qədər icarə əsasında İstanbul klubunda çıxış edəcək. 

Qeyd edək ki, "Milan" Alvaro Moratanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol vurub, 2 qol ötürməsi edib. 32 yaşlı hücumçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Chosen
49
teleqraf.com

1Sources