EN

“SpaceX” 22 ədəd “Starlink” mini peykini orbitə çıxardı - VİDEO

“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin orbital qrupunu doldurmaq üçün 22 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə “SpaceX”-in məlumatında bildirilib.

“22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - deyə qeyd olunub.

Raket şənbə günü Sakit okean vaxtı ilə saat 15:02-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.

2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 7800-dən çox belə peyk buraxıb. Hazırda orbitdə 6900-dən çox cihaz işlək vəziyyətdədir.


Bizim.Media

Chosen
12
8
bizim.media

10Sources