Şeba Tibb Mərkəzinin baş kardioloqu doktor Eyal Heller İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtona uçub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumatı “Times of Israel” yayıb.
2023-cü ildə Netanyahuya kardiostimulyator quraşdırılıb. İsrail Baş nazirinin keçmişdə ürəyində problemlər olub.
İsrail mediası yazır ki, Netanyahunun ofisi Hellerin səfərinin səbəbləri barədə heç nə deməyib, lakin bu, xüsusən də dekabrın sonunda prostat vəzindən əməliyyat olunduqdan sonra baş nazirin səhhətinə yaxından nəzarət etmək istəyini göstərə bilər.