EN

Bütlərin ölümü...

Rusiyanın işğalçı siyasəti həm də ukraynalıların sevgisini qazanmış, ədəbiyyat və musiqisevərlər tərəfindən bütləşdirilmiş Puşkin, Tolstoy, Dostoyevski, Çaykovski kimi klassiklərin nifrət hədəfinə çevrilməsi ilə nəticələndi.

2022-ci ilin fevralında Ukraynaya qarşı "Xüsusi Hərbi Əməliyyat" adlı işğalçı hücumun başlanmasından sonra, ukraynalılar rus ədiblərinin, bəstəkarlarının heykəllərini sökməyə və ya təhqir etməyə başladılar.

Və budur, ötən gün Odessada ukraynalı qadınlar məşhur rus şairi Aleksandr Puşkinin abidəsinə “Yük 200” («Груз 200») sözü yazılmış vərəq yapışdırıblar.

“Yük 200” sözü adətən müharibə zamanı öldürülən əsgərlərin kod adı kimi istifadə olunur.

Putinin “dahiyanə” siyasətinin nəticəsində isə, artıq rus klassikləri də “yük 200”ə çevrilirlər.

Beləliklə, ağılsız siyasətin nəticəsi olan müharibə bütlərin ölümü, heykəllərin demontajı ilə nəticələnir.

Və ən paradoksal məqam da budur ki, Rusiya tv-propaqandasının təsiri ilə şovinistləşən, zombiləşən sıravi ruslar isə Kremli müharibəni dayandırmağa çağırmaq əvəzinə, ukraynalıları vandalizmə yol verməkdə ittiham edirlər...

P.S. Bax belə. Rusiyanın aqressiv, davakar siyasəti rus klassiklərinin humanist, sülhsevər imicini də darmadağın edir. "Hərb və Sülh"ü yazan Lev Tolstoy şərin simvoluna çevrilir...

Chosen
35
1
vaxt.az

2Sources