EN

TƏBİB -dən Şamaxıda üzərinə qaynar su tökülən uşağın durumu ilə bağlı açıqlama

2016-cl il təvəllüdlü şəxs (kişi cinsli) 01.02.2025-ci il tarixində saat 15:50 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə komatoz vəziyyətdə hospitalizasiya edilib.

Bu barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunur ki, xəstəyə nazoqastral mədə zondla yuyulma və ilkin reanimasiya tədbirləri göstərilib.

"Müayinə nəticəsində ona dəqiqləşdirilməmiş maddənin toksik təsiri və dəqiqləşdirilməmiş koma diaqnozları qoyulub. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bioloji ölüm faktı qeydə alınıb".


Müəllif: Teleqraf.com
Chosen
6
teleqraf.com

1Sources