EN

Xəzər dənizində 3,2 bal gücündə zəlzələ baş verib

Bakı. TurkicWorld:

Xəzər dənizində zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Bakı vaxtı ilə saat 13:50-də qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2 bal təşkil edib, ocağı isə 60 km dərinlikdə yerləşib.

Chosen
38
49
turkic.world

10Sources