İsrail Müdafiə Qüvvələri yanvarın 21-də İordan çayının qərb sahilinin şimalında başlayan terrorla mübarizə əməliyyatlarını genişləndirib. Mübarizə daha 5 yaşayış məntəqəsində aparılır...
APA xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri bəyanat yayıb.
“Ordumuz Samariyanın şimalında terrorizmin qarşısını almaq üçün əməliyyatı beş yaşayış məntəqəsinə genişləndirir” – bəyanatda qeyd edilir. İsrail ordusunun mətbuat xidməti təsdiqləyib ki, fevralın 1-də İordan çayının qərb sahilinin şimalında Kabatiya və Cenində silahlı radikal birləşmələrə üç hava zərbəsi endirib.
Poliqon.info