EN

İsrail Qəzzada avtomobili PUA ilə vurub

PUA Qəzzanın cənubundakı Xan Yunisin şərqində Abasan qəsəbəsində bir qrup fələstinlini atəşə tutub.

 

İsrail ordusuna məxsus PUA Qəzzanın cənubundakı Xan Yunisin şərqində Abasan qəsəbəsində bir qrup fələstinlini atəşə tutub.

Operativ Media xəbər verir ki, bu barədə “Qüds” portalı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində azı iki nəfər yaralanıb.

İsrail ordusundan verilən açıqlamada isə bildirilib ki, zərbəyə məruz qalan nəqliyyat vasitəsi Qəzzanın şimalına doğru gedirdi və məcburi yoxlama prosedurlarından keçməyib.

Qeyd edək ki, Qəzzada yanvarın 19-da atəşkəs elan edilib.

Chosen
35
5
operativmedia.az

7Sources