Bakı. Trend:
Danimarkalı futbolçu Patrik Dorqu İtaliyanın "Leççe" klubundanİngiltərənin "Mançester Yunayted" komandasına keçib.
Trend xəbər verirki, bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə 2030-cu ilin iyun ayınadək müqavilə imzalanıb.İngiltərə klubu futbolçunun transferi üçün 30 milyon avroödəyib.
Qeyd edək ki, İtaliya çempionatının cari mövsümündə Dorqu"Leççe"nin heyətində 21 oyun keçirib, 3 qol vurub və 1 məhsuldarötürmə edib. 20 yaşlı futbolçu 2023-cü ilin iyulundan "Leççe"dəçıxış edir və Danimarka millisində 4 oyun keçirib, 1 qol vurub.