EN

Suriyanın yeni prezidenti ilk xarici səfərini etdi

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilk xarici səfərini Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla görüşmək üçün Ər-Riyada edib.

"Unikal" xəbər verir ki, bu barədə Səudiyyənin dövlət xəbər agentliyi məlumat yayıb.

“Əl-Şara bazar günü səhər Səudiyyə Ərəbistanına ilk xarici səfərini edib. Onu xarici işlər naziri Əsəd əş-Şibani müşayiət edir”, - deyə məlumatda deyilir. 

Görüşün məzmunu ilə bağlı məlumat hələ də məlum deyil.

Chosen
40
50
unikal.az

10Sources