Bakı. Trend:
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinəyüksələn Məmmədov Zamin Allahverdi oğlu və Məmmədli Murad Teymurşahoğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Bu barədə Trend-əMüdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin nümayəndələri, şəhidin ailə üzvləri,yaxınları, kursant yoldaşları, döyüş yoldaşları, digər qonaqlarıniştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri HeydərƏliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyiuğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzərsalıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrindətəhsil aldığı müddətdə hərb peşəsinə olan marağından,nizam-intizamından və məsuliyyətindən danışıblar.
Mərasimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi iləOrdumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında apardığı döyüşəməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlıqələbələrin qazanılmasında igid oğullarımızın göstərdiyiqəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Sonra şəhidlərimizin həyat və fəaliyyətinin müxtəlif anlarınıəks etdirən fotolar və videosujetlər nümayiş etdirilib.
Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət vəqayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğunagörə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyininrəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər,vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilərsəsləndirilib.