EN

"Roma" gürcü futbolçu üçün təklif göndərdi

style='margin-bottom:10px;'>

"Roma" "Empoli"nin futbolçusu Saba Qoqliçidzeni hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Paytaxt təmsilçisi artıq gürcü müdafiəçi üçün təklif göndərib. İtaliya klubu 20 yaşlı futbolçu üçün 10 milyon avro ödəməyə hazırdır. Hazırda danışıqlar davam edir. 

Qeyd edək ki, Saba Qoqliçidze bu mövsüm "Empoli"nin heyətində 20 oyuna çıxıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Chosen
19
5
teleqraf.com

10Sources