EN

Olimpiya çempionumuz 2024-cü ilin ən yaxşı cüdoçusu seçildi

Hidayət Heydərov “İlin kişi cüdoçusu” seçilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan idmançısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən 2024-cü il üçün bu şərəfə layiq görülüb.

Heydərov nüfuzlu mükafata layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib:

“Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm”.

Qeyd edək ki, Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.

KONKRET.az

 

Chosen
8
10
konkret.az

5Sources