EN

2022-ci ilin yanvar hadisələrinin iştirakçılarına HÖKM OXUNDU

Qazaxıstanda 2022-ci ilin yanvarında baş verən hadisələrinə görə həbs olunanlara hökm oxunub.

Parol.az xəbər verir ki, “Vəhşi Arman” ləqəbli kriminal avtoritet Arman Jumageldiyev 20 il, Milli Təhlükəsizlik Komitəsinin keçmiş departament rəhbəri Ruslan İsakov isə 15 il 5 ay cəza alıb.

Ölkə Parlamentinin keçmiş deputatı Kayrat Kudaybergen isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, həmin il, yanvarın 2-də sıxılmış qazın qiymətinin artırılması səbəbindən başlayan aksiyalar qısa müddətdə bir neçə iri şəhərə yayılmışdı.

Chosen
35
2
parol.az

3Sources