Bakıda istifadəyə yararsız olan avtomobil kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, paytaxt küçələrinin birində qeydə alınan görüntülər sosial şəbəkədə paylaşılıb.
Kadrlarda 33-BB-243 dövlət qeydiyyat nişanlı “VAZ” markalı minik avtomobilinin nəqliyyatın sıx olduğu yolda sağ-sol hərəkətləri etdiyi görülür.
Videoda həmçinin avtomobilin arxa işıqlarının, yük yerinin örtüyünün və aynalarının olmadığı əks olunub.
Sözügedən görüntüləri təqdim edirik:
Namiq Musayev