EN

Premyer Liqa: “Zirə” “Qarabağ” üzərində tarixi qələbəyə sevindi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024-2025-ci illər mövsümünün 21-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Zirə” lider “Qarabağ”ı qəbul edib. Zirə İdman Kompleksində baş tutan qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olub.

“Zirə” ilə “Qarabağ” bu oyuna qədər 37 görüşdə üz-üzə gəlmişdilər. Bu oyunlarda qəsəbə təmsilçisi 1 qələbə qazana bilmişdi. 11 oyun bərabərliklə yekunlaşdığı halda Ağdam təmsilçisi 25 qələbəyə sevinmişdi. Top fərqində də böyük fərq vardı – 18:77.

“Qarabağ” bu rəqibi ilə son 5 oyunda xal itirməmişdi. “Zirə” isə evdə “Qarabağ”a heç vaxt qalib gələ bilməmişdi. Bir sözlə, Rəşad Sadıqovun komandası üçün bu gün tarixi bir qələbə qazanmaq şansı vardı. Amma bir neçə gün öncə Avropa Liqasının Liqa mərhələsində Yunanıstan “Olimpiakos”una məğlub olmuş (0:3) “Qarabağ” həmin yenilgini unutdurmaq üçün Zirədə mütləq qələbə qazanmaq arzusundaydı.

Bu oyunda hesabı da Ağdam təmsilçisi açıb. İlk hissənin sonunda qonaqlar daha bir qol vurublar. Amma ruhdan düşməyən “Zirə” matçın sonlarında ardıcıl 3 qol vurmaqla əzmkar və tarixi qələbəyə sevinib.

Qeyd edək ki, hazırda “Qarabağ” 50 xalla zirvədə, “Zirə” isə 39 xalla 3-cü pillədə qərarlaşıb.

Premyer Liqa
21-ci tur
2 fevral

“Zirə” – “Qarabağ” 3:2
Qollar: Salifu Suma, 56; 67. Davit Volkov, 90 – Aleksey Kaşuk, 20. Patrik Andrade, 42.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksi. Saat 19:00.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Chosen
29
2
arena.az

10Sources