EN

“Qarabağ” “Zirə”yə uduzdu

Misli Premyer Liqasında XXI tura yekun vurulub.

Publika.az xəbər verir ki, bağlanış oyununda "Zirə" doğma meydanda "Qarabağ"ı qəbul edib. Qarşılaşma "qartallar"ın əzmkar qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıblar. Aleksey Kaşuk 20-ci dəqiqədə komandasını önə keçirib. 42-ci dəqiqədə Patrik Andrade fərqi 2 topa çatdırıb. İlk hissə "Qarabağ"ın üstünlüyü ilə yekunlaşıb.

İkinci yarıda daha inamlı təsir bağışlayan "Zirə" 3 qol vuraraq geridönüş edib. Salifu Suma əvvəlcə 56-cı dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb, 67-cı dəqiqədə isə özünün və komandasının ikinci qolunu vurub. Matçda son nöqtəni Davut Volkov qoyub. Gürcüstanlı hücumçu 90-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Chosen
22
7
publika.az

10Sources