EN

Bundesliqa: “Bayer” qalib gəldi, “Ayntraxt” xal itirdi - Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 20-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Ayntraxt” – “Volfsburq” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Son çempion “Bayer” isə doğma meydanda qarşılaşdığı “Hoffenhaym” üzərində inamlı qələbəyə sevinib.

Beləliklə, 20 turdan sonra 51 xal toplamış Almaniya nəhəngi “Bayern” Bundesliqanın yarış cədvəlinin vahid lideridir. “Bayer” 45 xalla ikinci, “Ayntraxt” 38 xalla üçüncü, “Leypsiq” 33 xalla dördüncü, “Ştutqart” 32 xalla beşinci, “Maynts” 31 xalla altıncı pillədə qərarlaşıb.

Mönhenqladbax “Borussiya”sı, “Verder” və “Frayburq”un 30, “Volfsburq”la Dortmund “Borussiya”sının 29, “Auqsburq”un 26, “Sankt Pauli” və “Union Berlin”in 21, “Hoffenhaym”ın 18 xalı var.

Almaniya, Bundesliqa
20-ci tur
31 yanvar

Verder – Maynts 1:0
Qol: Bittenkur, 14.

1 fevral

Bayern – Holştayn 4:3
Qollar: Musiala, 19. Keyn, 45+3; 46. Qnabri, 54 – Porat, 62. Srkibski, 90+1; 90+3.

Boxum – Frayburq 0:1
Qol: Sildilya, 34.

Haydenhaym – Borussiya (Dortmund) 1:2
Qollar: Honsak, 64 – Girassi, 33. Bayer, 63.

Sankt Pauli – Auqsburq 1:1
Qollar: Banks, 17-öz qapısına – M.Kömür, 83.

Ştutqart – Borussiya (Mönhenqladbax) 1:2
Qollar: N.Elvedi, 49-öz qapısına – Nqumu, 25. Klayndienst, 81.

Union Berlin – Leypsiq 0:0

2 fevral

Ayntraxt – Volfsburq 1:1
Qollar: C.Y.Uzun, 81 – Tuta, 50-öz qapısına.

Bayer – Hoffenhaym 3:1
Qollar: Bonifase, 15. Frimponq, 19. Şik, 51 – Orban, 62.

Chosen
11
3
arena.az

4Sources