Futbol üzrə İngiltərə Premyer Liqasında XXIV turun mərkəzi oyunu keçirilib.
Publikaə.az xəbər verir ki, "Arsenal" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Görüş London klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Topçular"ın heyətində qolları Martin Odeqar, Tomas Parti, Mayls Luis-Skelli, Kay Haverts və Eten Nvaneri vurublar. "Şəhərlilər"in yeganə qoluna isə Erlinq Holann imza atıb.
Bu nəticədən sonra xallarını 50-yə çatdıran "Arsenal" 2-ci pillədə qərarlaşıb. "Mançester Siti" isə 41 xalla dördüncüdür.
Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Nottingem Forest" - "Brayton" - 7:0
"Nyukasl" - "Fulhem" - 1:2
"Vulverhempton" - "Aston Villa" - 2:0
"Bornmut" - "Liverpul" - 0:2