Moldovanın paytaxtı Kişinyov şəhərinin hava limanında Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul saxlanılıb...
Poliqon xəbər verir ki, bu barədə “First in Moldovada” telekanalı öz Telegram kanalında məlumat yayıb.
Yayılan mesajda deyilir: “Qaqauziyalı Başkan Yevgeniya Qutsul Kişinyov hava limanında əlavə yoxlama üçün heç bir izahat verilmədən saxlanılıb”.
Qeyd edək ki, Moldova antikorrupsiya prokurorluğu Qutsula qarşı cinayət işini 2024-cü il aprelin 24-də məhkəməyə göndərib. O, işi siyasi təqib adlandırıb. Bu yaxınlarda keçirilən məhkəmə iclasında Qutsul hakimiyyətin müxalifətlə mübarizədə konstitusiyaya zidd üsullardan istifadə etdiyini vurğulayıb.
Poliqon.info