1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Günəşdə M sinfinə aid dörd partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Gün ərzində ən güclü parlayış Bakı vaxtı ilə 18:04-də qeydə alınıb.
Bundan əlavə, daha üç partlayış baş verib: M1.4, M1.2 və M2.7.
Qeyd olunur ki, əsas aktivlik mənbəyi hazırda Günəşin şimal yarımkürəsində müşahidə olunan böyük günəş ləkələri qruplarıdır.