EN

Kanada ABŞ-dən gələn bir sıra məhsullara 25 faiz rüsum tətbiq edir

Bakı. Trend:

Kanada fevralın 4-dən cavab tarif tədbirləri çərçivəsində ərzaqda daxil olmaqla bir sıra ABŞ mallarına yüksək tariflər tətbiqedir.

Trend-in məlumatına görə, bu barədə Kanada hökumətindənbildirilib.

Məlumata əsasən, 25 faiz rüsum tətbiq ediləcək Amerikaməhsullarına ət, süd və süd məhsulları, meyvə və tərəvəz daxildir.Siyahıya şərablar, vermutlar və sidr kimi müxtəliffermentləşdirilmiş içkilər də daxildir.

Bundan əlavə, bir sıra geyim və ayaqqabı məhsullarınaməhdudiyyətlər qoyulub. Siyahıya həmçinin kosmetika, tütünməmulatları, təkərlər, bıçaqlar, nasoslar, dondurucular,soyuducular və digər məişət texnikası daxildir.

ABŞ-dan gələn motosikletlərə, odlu silahlara, bombalara,torpedalara və minalara da 25% rüsum tətbiq edilir.

Chosen
11
1
az.trend.az

2Sources