EN

Ulduz futbolçu "Aston Villa"da - RƏSMİ

"Mançester Yunayted"in ulduzu Markus Reşford "Aston Villa"ya transfer olub. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumatı yayıb. İngiltərəli hücumçu yeni komandasında icarə əsasında çıxış edəcək. Baş məşqçi Emeri, futbolçunu klubun layihəsi və Çempionlar Liqasında çıxışı ilə cəlb edib. 

Qeyd edək ki, Markus Reşfordla "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimin arasında gərginlik olmuşdu. Bu səbəblə də, Reşford Mançester təmsilçisindən ayrılıb.

Chosen
11
offsideplus.az

1Sources