EN

Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında

Şirvan Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Vurğun Mənsimov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

 

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.

 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vurğun Mənsimov 5 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, Vurğun Mənsimov 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib. 
 

O, çalışdığı müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq edib, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün maddi nemət əldə etməklə rüşvət alıb və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı edib.

 
Belə ki, Vurğun Mənsimov  71 445 manat dövlət büdcəsi vəsaitini mənimsəyib, 8 000 manat dələduzluq edib və 3 000 manat rüşvət alıb. 

 

Kamal Məmmədov

 

Tarix: 3 Fevral 2025, 08:36   
Chosen
26
pravda.az

1Sources