Sabirabad sakini su kanalında boğularaq ölüb. Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Kovlar kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Fərzəliyev Elçin Fərzalı oğlu su kanalına düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə, o, sərxoş olub. Faktla bağlı araşdırma aparılır.