Busaat.az xəbər verir ki, Avropa çempionu İspaniya yığmasının hücumçusu Alvaro Morata sosial şəbəkədəki paylaşımında İtaliya ikincisi Milanla vidalaşıb. 32 yaşlı futbolçu karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirəcək.
“Mənə bu formada oynamaq imkanı verdiyiniz üçün təşəkkür edirəm”. Milan inanılmaz klubdur və bu klubda çalışan insanlar daha da inanılmazdır. Morata “Hamınıza təşəkkür edirəm” yazıb.
Ötən yay “Atletiko Madrid”dən Milana keçən futbolçu 6 aylıq icarə əsasında “Qalatasaray”da çıxış edəcək. Yayda İstanbul klubu onun transfer hüququnu 15 milyon avroya alacaq.