“UNEC 95” çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə UNEC-də ilk dəfə olaraq “İlin Ən Yaxşı Tələbəsi” müsabiqəsi keçirilib.
QHT.az xəbər verir ki, müxtəlif kateqoriyalar üzrə unuversitetin və ölkənin sosial-ictimai həyatında fəal iştirak edən hər fakültə üzrə bir tələbə UNEC rektorunun əmri ilə Fəxri Fərmanla təltif olunub. Universitetin ictimai-sosial həyatında fəallığı ilə fərqlənən UNEC-in tələbə təşkilat sədrləri və Tələbə-Rektor da Gənclər Günü münasibətilə təltif ediliblər.
Layihənin məqsədi tələbələr arasında ictimai-sosial fəallığın artırılması, onların elmə, təhsilə marağının artırılması və fərqlənən tələbələrin fəaliyyətinin stimullaşdırılmasıdır.