EN

Tikinti sahəsinə verilən biznes kreditlərinin həcmi məlum olub

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyətgöstərən banklar tərəfindən tikinti sahəsinə verilmiş bizneskreditlərinin həcmi 1 milyard 369 milyon manata çatıb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə56,5 milyon manat və ya 4,3% çoxdur. Belə ki, 2023-cü ilin sonundaAzərbaycandakı banklar tərəfindən tikinti sahəsinə verilmiş bizneskreditlərinin həcmi 1 milyard 312,5 milyon manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərənbankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyonmanat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illəmüqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cüildə bankların biznes kredit portfelinin həcmi 12,6 milyard manatolub.

Chosen
8
7
az.trend.az

9Sources