EN

"Tata Steel Chess": Aydın ikinci oldu

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri başa çatıb.

"Football-plus.az" xəbər verir ki, Aydın Süleymanlı "Challengers" yarışının son turunda rumıniyalı İrina Bulmaqaya qalib gəlib.

Azərbaycan şahmatçısı 13 turdan sonra 9,5 xal toplayıb və Çexiya təmsilçisi Tay Nquenlə 1-2-ci yerləri bölüşdürüb. Amma əlavə göstəricilərə görə Süleymanlı ikinci olub.

Hesabına yeddi qələbə yazdıran 19 yaşlı şahmatçımız beş oyunda heç-heçə edib və yalnız bir dəfə uduzub.

Chosen
8
1
football-plus.az

2Sources