EN

Ticarət müharibəsi dollara necə təsir edəcək?

İnvestorlar ABŞ prezidenti Donald Trampın ticarət müharibəsini alovlandırması ilə Dolların bahalaşacağını gözləyirlər. Tramp seçiləndən bəri sadəcə tariflərin müzakirəsi dolları bir qədər güclənməsinə üçün kifayət edib.

Marja xəbər verir ki, kKeçən həftə Dollar İndeksi təxminən 1% yüksəlib. Dolların bahalaşması - gömrük rüsumlarının (tariflərin) inflyasiya təzyiqlərini gücləndirəcəyi və ABŞ-ın (FED) faiz dərəcələrini yüksək saxlayacağı, eyni zamanda ABŞ-dan daha çox xarici iqtisadiyyatlara zərər verəcəyi və dolların etibarlı "sığınacaq" cəlbediciliyini artıracağı iddiaları ilə şərtlənir.

ABŞ-ın daha bahalı idxala tələbatının azalacağı fikri də xarici valyutalara mənfi təsir göstərir. Uzun dollar mövqeləri keçən həftənin sonunda yüksək olaraq qalıb. "Eurizon SLJ Capital"ın baş direktoru Stiven Cen, “Bu, qısa müddətdə möhkəmlənən dolları və daha yüksək ABŞ istiqrazlarının gəlirliliyini dəstəkləyəcək” deyib.

"Mizuho Securities"in strateqi Şoki Omori, "Trampın dolların çox güclü olduğu barədə bəyanatı maliyyə bazarlarına təsir göstərsə də, ümumi proqnoz dəyişməyib. ABŞ-da tariflər və inflyasiya təzyiqləri, çox güman ki, dolların bahalaşması istiqamətində əsas tendensiyanı davam etdirəcək" deyib. 

Qeyd edək ki, Tramp  Çindən idxala 10 faiz, Kanada və Meksikadan idxala isə 25 faiz vergi tətbiq edəcəyini açıqlayıb. Qərar Fevralın 4-dən qüvvəyə minəcək. 

Chosen
22
marja.az

1Sources