EN

İlon Mask USAID-i “cinayətkar təşkilat” adlandırdı və onun ləğvini tələb etdi – ÖZƏL

Amerikalı milyarder və hazırda Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri olan İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyini (USAID) kəskin tənqid edib. 

Olaylar.az xəbər verir ki, o, bu təşkilatı "cinayətkar qurum" adlandırıb və ləğv edilməsinin vaxtı çatdığını bildirib.

"USAID - cinayətkar təşkilatdır. Onun ləğvi yetişib", - deyə Mask X sosial şəbəkəsində yazıb.

Bundan əlavə, o, USAID-in "Amerikanı sevməyən radikal solçu marksistlərin yuvası" olduğunu bildirib.

Mask daha sonra açıqlamalarına aydınlıq gətirərək, USAID-in bioloji silah araşdırmalarını maliyyələşdirdiyini iddia edib:

"Bilin ki, USAID sizin vergi ödənişlərinizdən istifadə edərək bioloji silah tədqiqatlarını, o cümlədən milyonlarla insanın ölümünə səbəb olan COVID-19-u maliyyələşdirib"- deyə o vurğulayıb.

Mask, hələ Donald Trampın prezident seçilməsindən əvvəl, Co Bayden administrasiyasının dövlət büdcəsini "ABŞ-nin milli maraqlarına xidmət etməyən layihələrə" xərclədiyini iddia edirdi. DOGE rəhbəri postuna keçəndən sonra isə o, əvvəlki hökumətin maliyyə siyasətinə dair yeni detallar açıqlamağa başlayıb.

Milyarder bildirir ki, ABŞ Maliyyə Nazirliyinin səlahiyyətli şəxslərinə hətta fırıldaqçılara və terror təşkilatlarına yönəldilən ödənişləri belə həmişə təsdiqləmək tapşırılmışdı.

Qeyd edək ki, yanvarın 21-də ABŞ prezidenti Donald Tramp fərman imzalayaraq bütün xarici maliyyə yardımlarını, o cümlədən Ukraynaya dəstəyi 90 gün müddətinə dondurub. Bu addım yardım proqramlarının effektivliyinin və ABŞ-nin xarici siyasətinə uyğunluğunun dəyərləndirilməsi üçün atılıb.

Bu qərardan cəmi 10 gün sonra Qərb mediası xəbərdarlıq edərək bildirir ki, Trampın xarici yardımı kəskin şəkildə dondurması Şərqi Avropada ciddi şok effekti yaradıb. Nəticədə, demokratiyaya dəstək verən təşkilatlar, müstəqil media və yerli hakimiyyət orqanları maliyyə çətinlikləri ilə üzləşib. Halbuki Şərqi Avropa məhz indi Qərblə Şərq arasında nüfuz savaşının əsas arenasına çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
37
olaylar.az

1Sources