EN

Paşinyan ABŞ-yə səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə səfər edib.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, siyasətçi fevralın 3-dən 7-dək ABŞ-də səfərdə olacaq.

Bildirilib ki, Ermənistan Baş naziri səfər çərçivəsində Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində, həmçinin “Milli Namaz Səhər yeməyi”ndə iştirak edəcək. 

Qeyd olunub ki, Paşinyanın burada bir sıra digər görüşlər də keçirəcəyi nəzərdə tutulub.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
38
missiya.az

1Sources