ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təhlükəsizlik direktoru və onun müavini şənbə günü Hökumətin Effektivliyi Departamentinin (DOGE) əməkdaşlarının agentliyin təhlükəsiz sistemlərinə daxil olmasına mane olmağa çalışdıqdan sonra inzibati məzuniyyətə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Onların sözlərinə görə, DOGE komandası USAİD-in təhlükəsizlik sistemlərinə və işçilərin şəxsi fayllarına çıxış əldə etməyə cəhd edib.
Üç mənbə bildirib ki, DOGE əməkdaşları nəhayət təhlükəsiz sistemlərə giriş əldə edə biliblər.