EN

Trampın tariflərindən sonra Torontoda ABŞ himni etirazla qarşılanıb

Bakı,TurkicWorld

ABŞ-ın Kanada idxalına 25% rüsum tətbiq etməsi Kanadada böyük narazılığa səbəb olub və Toronto şəhərində keçirilən NBA matçında kanadalı azarkeşlər ABŞ himnini yuhalayıblar.

TurkicWorld xəbər verir ki, bu hadisə ABŞ prezidenti Donald Trampın Kanada idxalına əlavə 25% gömrük rüsumu tətbiq etməsinə cavab olaraq baş verib.

Bənzər etirazlar Ottavada keçirilən Milli Xokkey Liqası (NHL) oyununda da müşahidə olunub. Orada da ABŞ-ın "Star-Spangled Banner" himni yuhalanıb.

Xatırladaq ki, bir müddət öncə ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən mallara 25%, Çindən idxal edilən mallara isə 10% gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı.

Kanadanın Baş naziri Castin Trüdo isə bu qərara sərt reaksiya verərək, ABŞ-dan 155 milyard Kanada dolları dəyərində idxala 25% gömrük rüsumunun tətbiq ediləcəyini bildirmişdi.

Chosen
15
turkic.world

1Sources