EN

Otel kompleksinin baş direktoru şəxsi ofisində GÜLLƏLƏNDİ – FOTO

Rusiyada otel kompleksinin baş direktoru güllələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Petropavlovsk-Kamçatskidə otel kompleksinin baş direktoru şəxsi ofisində güllələnib.

Bunu həmin kompleksin 67 yaşlı həmtəsisçisi iş yerindəki fikir ayrılıqlarına görə ov tüfəngi ilə edib. Bundan sonra özü cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Həmin şəxs saxlanılıb, hadisənin başvermə şəraiti araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
interpress.az

1Sources