EN

Ukraynada siyasi gərginlik: Zelenski Qərb üçün “adi vətəndaş” sayılır? – ÖZƏL

Ukraynada keçiriləcək mümkün seçkilərlə bağlı ABŞ-nin xüsusi nümayəndəsi Kit Kelloq və jurnalist Taker Karlsonun son bəyanatları prezident Volodimir Zelenskinin legitimliyini şübhə altına alıb. Bu barədə hazırda dövlətə xəyanət ittihamı ilə həbsdə 

Olaylar.az xəbər verir ki, bu barədə hazırda dövlətə xəyanət ittihamı ilə həbsdə olan müxalif deputat Aleksandr Dubinski Telegram kanalında yazıb.

"Takerin Zelenskiyə "diktator" deməsi və Kelloqun müharibədən asılı olmayaraq seçkilərin keçirilməli olduğunu bildirməsi, sadəcə, Zelenskinin ictimai imicinin sonu deyil", - deyə Dubinski bildirib.

Onun fikrincə, bu açıqlamalardan sonra Zelenski Avropa və dünya siyasətçiləri üçün "adi vətəndaşa" çevrilib və artıq Qərbin onunla rəsmi əlaqələri dayandırmasının vaxtıdır.

Bundan əvvəl Dubinski iddia etmişdi ki, ABŞ Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması üçün kampaniya başladıb və Taker Karlsonun sözləri bunu təsdiqləyir.

Digər tərəfdən, Zelenski NATO-ya üzv olmaq ümidlərini itirməyib. Son müsahibəsində o, Ukrayna ordusunun 800 minlik şəxsi heyətinin Alyans üçün güclü dəstək olacağını və xüsusilə Donald Trampın xaricdəki ABŞ qoşunlarını geri çağırmaq istədiyi təqdirdə bunun NATO üçün bir üstünlük olacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
olaylar.az

1Sources