Bakı. Trend:
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət,investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrindəpotensial işbirliyi imkanları dəyərləndirilib.
Trend xəbərverir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosialşəbəkəsində yazıb.
"BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətininidarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi iləgörüşməkdən məmnun olduq. Ölkələrimizin iqtisadi tərəfdaşlığınıgücləndirmək istiqamətində ticarət, investisiya, energetika, kəndtəsərrüfatı və maliyyə sahələrində potensial işbirliyi imkanlarınıdəyərləndirdik. Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritetsahələrə sərmayə qoyuluşu barədə müzakirələr apardıq", - deyəpaylaşımda qeyd olunub.
Qeyd edək ki, ötən il Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) arasında ticarət əməliyyatlarının həcmi 96,8 milyon ABŞdolları təşkil edib. Bu, 2023-cü ildəki göstərici ilə müqayisədə36,4 milyon ABŞ dolları və ya 27,3% azdır.
2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır. Xariciticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyardABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,3 milyardABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dollarıvə ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyardABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3dəfə azdır.