EN

Yeni sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək – Deputat

Bakı. Trend:

Artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib. 3milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100min vətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğininyüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarındavə eləcə də sosial müavinət və təqaüdlərdə artımlarıreallaşdıracaq.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasınınilk plenar iclasında çıxışı zamanı deputat Vüqar Bayramovdeyib.

Deputat təəssüflə qeyd edib, bir sıra marjinal siyasi qruplarhətta sosial islahatlara belə kölgə salmağa çalışırlar:

“Bir sıra vacib göstəricilərə diqqət ayıraq: yeni artımlarlabirgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artımbaş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlarüçün illik əlavə olaraq 1,5 milyard manat ayrılacaq. Bu isə odeməkdir ki, yalnız 2020-ci ildən sonra Prezident İlham Əliyevingöstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsaitayrılır”.

Vüqar Bayramov bildirib ki, fevraldan etibarən minimum pensiyaməbləği 14.3 % artırılaraq 320 manata çatdırılıb.

“Bu orta və median pensiya məbləğlərində artımlara xüsusi töhvəverəcək. Sosial paket yalnız maaş və pensiya deyil eləcə də socialmüavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbətimərhələdə sosial müavinət və artımlar ilə bağlı da qərarlarveriləcək. Prezident İlham Əliyev tərəfindən sosial müavinətlər vətəqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıqverilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdətəkliflərin hazırlanması həyata keçirilir. Təkliflərinhazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdansonra bu istiqamətdə artımlar reallaşacaq”, - deyə millət vəkiliəlavə edib.

Məqalədə:
Chosen
1
7
az.trend.az

10Sources