EN

Suriyada avtomobil partladılıb, ölənlər var


Suriyanın şimalında yerləşən Mənbic şəhərində bomba yüklənmiş avtomobil partladılıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, nəticədə 15 nəfər ölüb.

Suriyanın mülki müdafiəsi bildirib ki, ölənlərdən 14-ü qadın və biri kişidir.

Həmçinin, hadisə yerində 15 qadın yaralanıb.

"Onların hamısı kənd təsərrüfatı işçiləridir”, - deyə məlumatda əlavə edilib.

Chosen
23
3
apa.az

4Sources