EN

2025 Qremmi Mükafatlarının qalibləri bəlli olub: Beyonse gecəyə damğa vurdu – FOTO

Musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri olan “Qremmi” mükafatları öz sahiblərini tapıb. Gecədə iz qoyan ad isə Beyonse olub.

Medianews.az xəbər verir ki, bu barədə Sözcü.com məlumat yayıb.

Beyonse “Ən yaxşı ölkə albomu” da daxil olmaqla iki mükafat qazanıb.

ABŞ-ın Los-Anceles şəhərində keçirilən mərasimdə Kendrik Lamar “Not Like Us” mahnısı ilə “İlin qeydi”(Record of the Year)və “İlin mahnısı”(Song of the year) mükafatlarını qazanıb.

Chappell Roan “Ən yaxşı yeni sənətçi” mükafatına layiq görülüb.

Mərasimdə sonuncu elan olunan “İlin albomu” mükafatı Kovboy Karter və Beyonsenin olub.

Beatles, John Lennon-un bir demo yazısından yenidən yaradılan “Now and Then” mahnısı ilə “Ən yaxşı rok ifa” mükafatını, Rolling Stones isə 2023-cü ildə buraxdığı “Hackney Diamonds” albomu ilə “Ən yaxşı rok albomu” mükafatını qazanıb.

2025 Qremmi Mükafatlarının qalibləri bəlli olub: <span style=color:red>Beyonse gecəyə damğa vurdu - FOTO

2025 Qremmi Mükafatlarının qalibləri bəlli olub: <span style=color:red>Beyonse gecəyə damğa vurdu - FOTO

Chosen
50
10
medianews.az

10Sources