EN

Xoşbəxt münasibət üçün 5 qızıl qayda

Sevgi tapmaq və ya evlənmək bir çox insanın arzusu olsa da, sağlam münasibət saxlamaq üçün bəzi detallar vacibdir.

Tribunainfo.az NTV-yə istinadən xoşbəxt bir evlilik üçün diqqət etməli olduğunuz əsas məqamları təqdim edir:

1- İLK GÜNLƏR ƏHƏMİYYƏTLİDİR

Hər bir əlaqənin, xüsusən də evliliyin başlanğıcı çox çətindir. İki insanın bir-birinə alışması və ortaq dinamika tapması üçün vaxt lazımdır.

2- SİZİN TƏK DOSTUNUZ O OLMAMALIDIR

Mütəxəssislərə görə; Partnyorunuz tək dostunuz olmamalıdır. Çünki ortağınız tək yaxın dostunuzdursa; ehtiyaclarınız ödənilmədikdə, münasibətlərdə problemlər yarana bilər.

3- SİRRLƏRİNİZİ PAYLAŞIN

Partnyorunuzla sirlərinizi bölüşmək yaxınlığınızı artıracaq. Həm də sizi siz edən şeylər haqqında danışmaq rahatlamanıza kömək edəcək. Çünki sirri heç kimlə paylaşmamaq zamanla ruh sağlamlığınızla yanaşı fiziki problemlərə də səbəb olacaq.

4- SƏY GÖSTƏRMƏK

Sevgini tapmaq üçün səy lazımdır. Ancaq bu, hamısı deyil, çünki sevgini tapdıqdan sonra münasibətlərinizin sağlam inkişafını təmin etmək üçün səy göstərmək xoşbəxtliyin açarı olacaqdır.

5- ŞƏRTSİZ SEVGİ GÖZLƏNMƏSİ

Yeni münasibətdə qeyd-şərtsiz sevgi gözləmək real deyil. Zaman keçdikcə və münasibətlər inkişaf etdikcə bu bir seçim ola bilsə də, xüsusilə başlanğıcda belə bir gözləntinin olmaması daha sağlam olardı.

Ceyran

Chosen
26
2
tribunainfo.az

3Sources