EN

Stulda ölü tapılan şəxsin qatili belə yaxalanıb – TƏFƏRRÜAT

Türkiyənin Muğla şəhərində bıçaqlanmış halda oturacaqda ölü tapılan Halil İbrahim Mercanı öldürən saxlanılıb.

Medianews.az xəbər verir ki, şübhəli qadın polisin kamera görüntülərini araşdırması nəticəsində yaxalanıb.

Hadisə Milas rayonunun Cümhuriyyət küçəsində səhər saatlarında baş verib. Əldə edilən məlumata görə, küçədən keçən vətəndaşlar əyləncə məkanlarının yerləşdiyi yerdə oturacaqda hərəkətsiz vəziyyətdə əyləşən bir şəxsi görüblər. Vəziyyətdən şübhələnən vətəndaşlar polisə məlumat veriblər. Məlumat əsasında hadisə yerinə səhiyyə və polis əməkdaşları cəlb olunub. Tez bir zamanda əraziyə gələn təcili yardım həmin şəxsin öldüyünü müəyyən edib. Bıçaqlandığı və həddən artıq qan itirdiyi aşkarlanan şəxsin Milasda meyvə-tərəvəz satışı ilə məşğul olan 48 yaşlı Halil İbrahim Mercan olduğu müəyyən edilib.

Qətli törətməkdə şübhəli bilinən qadın polis əməkdaşlarının dəqiq araşdırması nəticəsində yaxalanaraq nəzarətə alınıb. Onun polis idarəsindəki dindirilməsindən sonra məhkəməyə göndərildiyi və istintaqın davam etdiyi bildirilir.

Medianews.az

Sandalyede ölü bulunan şahsın katil zanlısı olan kadın, kameralardan yakalandı

Sandalyede ölü bulunan şahsın katil zanlısı olan kadın, kameralardan yakalandı

Sandalyede ölü bulunan şahsın katil zanlısı olan kadın, kameralardan yakalandı

 

Chosen
13
medianews.az

1Sources