EN

Türkiyə Suriyada iki hərbi baza yaradacaq

Türkiyə mətbuatı xəbər verir ki, Ankara Ərəb Respublikası ərazisində iki hərbi baza tikməklə qonşu Suriyadakı hərbi mövcudluğunu genişləndirməyi planlaşdırır.

“Tezliklə imzalanması gözlənilən sazişə əsasən, Ankara Dəməşqin qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Suriyaya yardım göstərəcək. Müqavilədə həmçinin Türkiyə silahlı qüvvələrinin Suriya ordusu və pilotlarına təlim keçməsi, Türkiyənin Suriyada iki hərbi baza quracaq” – Türkiyə qəzetləri yazır.

Ankaranın Suriyadakı hərbi bazalarında 50-yə qədər F-16 döyüş təyyarəsi yerləşdirməyi planlaşdırdığı bildirilir. Qeyd olunur ki, yeni Dəməşq, həmçinin Ərəb Respublikasının hakimiyyət orqanlarının Ankaradan PUA və müşahidə sistemləri tələb etdiyi İsraillə sərhəddə nəzarəti gücləndirməyi də düşünür.
Qeyd edək ki, İsrail də bölgədəki mövcudluğunu gücləndirir. Qərb mətbuatının məlumatına görə, İsrail ordusu Qolan təpələrində hərbi bazalar qurmağa başlayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
11
editor.az

1Sources