EN

Türkiyə Suriyada hərbi bazalar qurmağı planlaşdırır

Türkiyə Suriyada F-16 qırıcılarının yerləşdirilməsi üçün iki hərbi baza qurmağı planlaşdırır. Bu barədə Türkiyə qəzeti məlumat yayıb.

Bu, Türkiyə və Suriya arasında potensial müştərək müdafiə sazişi ilə əlaqələndirilir, o cümlədən Ankaranın təhdidlər zamanı Dəməşqə kömək etməsi və Suriya ordusuna təlim keçməsi.

Bundan əlavə, Suriya İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən pilotsuz təyyarələr, radarlar və elektron döyüş sistemləri tələb edib. İHA-ların ilk partiyasının yaxın vaxtlarda təhvil verilməsi gözlənilir. Rəsmi orqanlar hələlik bu xəbərlərə münasibət bildirməyiblər.

Fevralın 2-də Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Suriyanın yeni hakimiyyət orqanlarının prioritet vəzifələri enerji və hava nəqliyyatını bərpa etməkdir. Fidan qarşıya qoyulan vəzifələrin icrasından sonra ölkə iqtisadiyyatının yaxşılaşacağına ümid etdiyini bildirib. O, Suriya üçün beynəlxalq sanksiyaların aradan qaldırılmasının, eləcə də bütün aktiv silahlı qrupların milli orduda birləşdirilməsinin vacib olduğunu vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az

Chosen
14
oxumeni.az

1Sources