EN

"Agro-West DC" MMC "Ahmad Tea" LTD fabriki ilə əməkdaşlıq müqaviləsi imzalayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Agro-West DC" MMC İngiltərənin məşhur "Ahmad Tea" markasının Azərbaycanda distributorluğunu həyata keçirəcək.
Adıçəkilən məşhur markanın geniş məhsul çeşidi var: bura qara, yaşıl, bitki və paket çaylar daxildir. "Ahmad Tea"nin məhsulları sırasında "Spesial blend" (xüsusi çay), "Earl grey" (ətirli çay) və "Ceylon tea" (ətirsiz çay) çeşidləri ayrıca yer tutur.
Bundan başqa, sözügedən markanın "Green tea" (sadə yaşıl çay), "Jasmine green tea" (jasmin yaşıl çay) və "Gunpowder green tea" (barıt yaşıl çay) çeşidləri yerli istehlakçılara təqdim olunur. Eləcə də, "Ahmad Tea" məhsulları içərisində immuniteti gücləndirən, yuxunu və həzmi yaxşılaşdıran bitki çayları da mövcuddur.
"Ahmad Tea" markasının məhsullarını ölkənin bütün supermarketlərindən əldə edə bilərsiniz.
Chosen
10
oxu.az

1Sources